Britaniyada güclü partlayış nəticəsində 15 nəfər yaralanıb

Britaniyada güclü partlayış nəticəsində 15 nəfər yaralanıb Hadisə Krallığın qərbində baş verib
Digər ölkələr
26 Mart , 2017 03:22
Britaniyada güclü partlayış nəticəsində 15 nəfər yaralanıb

Bakı. 26 mart. REPORT.AZ/ Böyük Britaniyanın Mersisayd qraflığında ehtimala görə qaz sızması və ya yanğın səbəbindən güclü partlayış baş verib.

“Report” “Mirror” nəşrinə istinadən xəbər verir ki, insident nəticəsində 15 nəfər xəsarət alıb.

Məlumata görə, partlayışın baş verdiyi bina tamamilə dağılıb. Zərərçəkənlərin hamısı yaxınlıqdakı Çin restoranının müştəriləri olublar.

Digər yaxınlıqdakı binalara da ziyan dəyib.

Hadisə yerinə çoxlu sayda “təcili yardım” maşını gəlib.

Son xəbərlər

Orphus sistemi