Britaniyada bir gündə 269 nəfər koronavirusdan öldü

Britaniyada bir gündə 269 nəfər koronavirusdan öldü Böyük Britaniyada COVID-19 qurbanlarının sayı 31 855 nəfərə çatıb.
Digər ölkələr
10 May , 2020 20:54
Britaniyada bir gündə 269 nəfər koronavirusdan öldü

Böyük Britaniyada COVID-19 qurbanlarının sayı 31 855 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb. Qeyd olunub ki, son sutkada ölkədə daha 269 nəfər virusdan ölüb.

Son gün ərzində virusa yoluxma ilə bağlı aşkar edilmiş hallar 3 923 artıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 219 183-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi