Bakı. 18 İyun. REPORT.AZ/ Böyük Britaniyanın Uiltşir əyalətinin Solsberi-Pleyn rayonunda keçirilən hərbi təlimlər zamanı baş verən qəza nəticəsində 20-yə qaxın insan yaralanıb. "Report"un “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə yerli polis nümayəndələri bildirib.
Üç zirehli avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.