Britaniya vətəndaşlarına İrana səfərlə bağlı qadağa ləğv edilib

Britaniya vətəndaşlarına İrana səfərlə bağlı qadağa ləğv edilib Иununla bağlı Britaniyanın Xarici İşlər Nazirliyi açıqlama verib.
Digər ölkələr
26 İyul , 2015 09:09
Britaniya vətəndaşlarına İrana səfərlə bağlı qadağa ləğv edilib

Bakı. 26 iyul. REPORT.AZ/ Böyük Britaniya vətəndaşlarına İrana səfərlə bağlı qadağa ləğv edilib. "Report" Anadolu agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Britaniyanın Xarici İşlər Nazirliyi açıqlama verib. 

Məlumatda bildirilir ki, ölkə vətəndaşlarına ehtiyac olmadıqca İranın İraq, Pakistan və Əfqanıstanla həmsərhəd bölgələrinə səfər etməmək tövsiyə olunur, lakin İranın digər bölgələrinə səyahətlə bağlı qadağa aradan qaldırılır.

Britaniyanın xarici işlər naziri Filip Hammond qeyd edib ki, hazırda İranda İngiltərə vətəndaşlarına qarşı risk azalıb. Bu ilin sonuna qədər isə Britaniyanın Tehrandakı səfirliyinin yenidən açılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi