Britaniya və İspaniya Cəbəllütariq üzrə razılığa gəlib

Britaniya və İspaniya Cəbəllütariq üzrə razılığa gəlib Bakı. 21 noyabr. REPORT.AZ/ İspaniya və Böyük Britaniya Brexitlə bağlı Cəbəllütariq üzrə siyasi memorandumları razılaşdırıblar, lakin Madrid Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sazişə veto qoymaq hüququndan imtina etməyib.
Digər ölkələr
21 Noyabr , 2018 22:32
Britaniya və İspaniya Cəbəllütariq üzrə razılığa gəlib

Bakı. 21 noyabr. REPORT.AZ/ İspaniyaBöyük Britaniya "Brexit"lə bağlı Cəbəllütariq üzrə siyasi memorandumları razılaşdırıblar, lakin Madrid Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sazişə veto qoymaq hüququndan imtina etməyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, söhbət Britaniyanın Aİ-dən çıxmasına dair sazişin bir hissəsi olan Cəbəllütariq üzrə əvvəl razılaşdırılmış protokol çərçivəsində qarşılıqlı anlaşma memorandumlarından gedir.

Sənədlər arasında Cəbəllütariqdə ucuz olduğundan İspaniyaya tez-tez qaçaqmalçılıq yolu ilə gətirilən tütünün qiymətinin tənzimlənməsi var. Cəbəllütariq hökuməti onun qiymətini artırmağa razılıq verib. İkinci sənəd sərhəd işçiləri (Gündəlik olaraq Cəbəllütariqdə işləyən 10 mindən çox ispaniyalı bu ölkə ilə sərhədi keçir), üçüncü ətraf mühit məsələləri, dördüncü polis və sərhəd əməkdaşlığı ilə bağlıdır.

Beşinci sənəd vergi sazişinə aiddir. İspaniya hökumətini Cəbəllütariqdə vergilərin aşağı olması narahat edir ki, bu da bir çox ispan şirkətlərinin İspaniyada vergidən yayınmaq üçün orada qeydiyyatdan keçməsinə gətirib çıxrır.

Cəbəllütariq hökuməti bu məsələni həll edəcəyinə söz verib.

Bundan əvvəl İspaniya "Brexit" sazişini dəstəkləmək üçün şərt irəli sürmüşdü.

Son xəbərlər

Orphus sistemi