​Britaniya təyyarəsi Misirdə son anda raketdən yayınıb

​Britaniya təyyarəsi Misirdə son anda raketdən yayınıb Hava gəmisinin göyərtəsində 189 sərnişin olub
Digər ölkələr
7 Noyabr , 2015 07:57
​Britaniya təyyarəsi Misirdə son anda raketdən yayınıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Britaniyanın "Thomson Airways" aviaşirkətinə məxsus təyyarə Misir hərbçiləri tərəfindən atılan raketdən yayınıb. İnsident bu ilin avqust ayında Şarm-əş-Şeyx hava limanına az qalmış qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuata istinadən TASS məlumat yayıb.

Hava gəmisinin göyərtəsində 189 nəfər olub. Füzelyajın 300 metrliyində raketi görən pilot laynerin kursunu dəyişə və qəzadan qaça bilib. Baş verən hadisə barədə yalnız beş heyət üzvü bilib. Sonradan onlara bildirilib ki, raket təlimlər zamanı atılıb.

Böyük Britaniyanın Nəqliyyat Nazirliyi hadisənin 23 avqustda - Rusiyanın "A321" təyyarəsinin Sinayda qəzaya uğramasından iki ay əvvəl baş verib.

Son xəbərlər

Orphus sistemi