Britaniya sərhədçiləri La-Manş boğazında 39 miqrantı saxlayıb

Britaniya sərhədçiləri La-Manş boğazında 39 miqrantı saxlayıb Britaniya sərhədçiləri La-Manş boğazında Birləşmiş Krallığın sahillərinə çatmağa çalışan 39 miqrantın olduğu 4 qayığı saxlayıblar.
Digər ölkələr
18 Noyabr , 2019 05:23
Britaniya sərhədçiləri La-Manş boğazında 39 miqrantı saxlayıb

Britaniya sərhədçiləri La-Manş boğazında Birləşmiş Krallığın sahillərinə çatmağa çalışan 39 miqrantın olduğu 4 qayığı saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən yerli "Evening Standard" nəşri bildirib.

Qəzetin məlumatına görə, birinci qayıq yerli vaxtla təxminən saat 04:40-da saxlanılıb. Həmin qayıqda 9 nəfər olub. Səhər saat 6-da beş miqrantın olduğu ikinci qayıq saxlanılıb. Sərhədçilərin saxladığı üçüncü qayıqda 11 nəfər, dördüncüdə isə 14 miqrant olub.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bütün saxlananlar İrandan gələnlərdir. Onun sözlərinə görə, miqrantlar tibbi yoxlamadan keçəcəklər, sonra onlar Duvrdakı Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi