Böyük Britaniya sakini "EuroMillions" lotereyasında 156 milyon dollar qazanıb və ölkədə üçüncü ən böyük uduşun sahibi olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə lotereya əməkdaşı Endi Karterə istinadən "Mirror" qəzeti yazıb.
"Bir olduqca şanslı bilet sahibi "jackpot"u udub və "EuroMillions" lotereyasında 123 milyon funt qazanıb", - deyə Karter bildirib.