Bakı. 15 aprel. REPORT.AZ/ Britaniya Kral Hərbi Hava Qüvvələrinin qırıcıları Birləşmiş Krallığın hava məkanı yaxınlığında iki Rusiya təyyarəsini aşkar edib.
"Report" Azadlıq radiosuna istinadən verdiyi xəbərə əsasən, Britaniyanın
Bu hadisə Britaniyada 50 gəminin iştirakilə NATO manevrlərinin keçirildiyi həssas bir zamana təsadüf edib.
Müdafiə Nazirliyi bildirir ki, Rusiya təyyarələrini nəzarətdə saxlamaq üçün havaya "Tayfun" qırıcıları qaldırılıb.
Bundan sonra Rusiya təyyarələri barşrutu dəyişərək geri qayıdıb.
Rusiya təyyarələrinin “Ayı” kimi tanınan bombardmançı olduqları güman edilir.
Rusiya Müdafiə Nazirliyi bu hadisədə qeyri-adi heç nəyin olmadığını bildirib.