Britaniya parlamentində "Brexit" üzrə səsvermənin vaxtı açıqlanıb

Britaniya parlamentində "Brexit" üzrə səsvermənin vaxtı açıqlanıb Bakı. 17 dekabr. REPORT.AZ/ Böyük Britaniya parlamenti Avropa İttifaqı üzvlüyündən çıxmaq barədə sazişə dair səsverməni 2019-cu il yanvarın üçüncü həftəsində keçirəcək.
Digər ölkələr
17 Dekabr , 2018 21:11
Britaniya parlamentində Brexit üzrə səsvermənin vaxtı açıqlanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Böyük Britaniya parlamenti Avropa İttifaqı üzvlüyündən çıxmaq barədə sazişə dair səsverməni 2019-cu il yanvarın üçüncü həftəsində keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Tereza Mey İcmalar palatasındakı çıxışı zamanı bildirib.

“Səsverməöncəsi müzakirələrə yanvarın 7-də qayıdacağımızı, bundan sonrakı həftədə isə səsvermə keçirəcəyimizi bu gün təsdiq edə bilərəm”, - deyə hökumət başçısı qeyd edib.

Xatırladaq ki, ilkin olaraq dekabrın 11-nə təyin edilən səsvermə noyabrın 25-də Avropa İttifaqı ilə razılaşdırılan sazişin İcmalar palatası tərəfindən narazılıqla qarşılanması səbəbindən təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi