Britaniya nəşri Avropada "terror xəritəsi"ni hazırlayıb

Britaniya nəşri Avropada "terror xəritəsi"ni hazırlayıb Avropada son iki il ərzində terror hücumları nəticəsində 443 nəfər həlak olub
Digər ölkələr
28 İyul , 2016 15:26
Britaniya nəşri Avropada terror xəritəsini hazırlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ Böyük Britaniyanın məşhur "Daily Mail" qəzeti Avropa ərazisində törədilmiş terror aktlarının əks olunduğu "terror xəritəsi" hazırlayıb.

"Report" xəbər verir ki, nəşrin "xəritəsi" 2014-2016-cı illər ərzində törədilmiş terror aktlarını özündə əks etdirib.

Belə ki, 2014-cü ildə Brüsseldə törədilmiş terror hücumu nəticəsdində 4 nəfər dünyasını dəyişib. 2015-ci ildə Avropa üzrə silahlı hücumlar nəticəsində ölənlərin sayı 267-yə çatıb. 2016-cı ildə isə bu günə qədər 172 avropalı terror qurbanı olub.

Terror nəticəsində ən çox insan Parisdə həlak olub - 155 nəfər. Bu baxımdan Türkiyənin paytaxtı Ankara (102 nəfər) ikinci, Fransanın digər şəhəri Nitsa (84 nəfər) isə üçüncü sırada qərarlaşıb.

Ümumiyyətlə, Avropada son iki il ərzində terror hücumları nəticəsində 443 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi