Britaniya müdafiə nazirinin şəxsi parlament katibi "Brexit" sazişinə etiraz əlaməti olaraq istefa verib

Britaniya müdafiə nazirinin şəxsi parlament katibi "Brexit" sazişinə etiraz əlaməti olaraq istefa verib Bakı. 9 dekabr. REPORT.AZ/ Böyük Britaniya müdafiə nazirinin şəxsi parlament katibi Uill Kuins şənbə günü hökumət tərəfindən Brexit şərtləri üzrə razılaşdırılan sazişin məzmununa etiraz əlaməti olaraq istefa verib.
Digər ölkələr
9 Dekabr , 2018 03:55
Britaniya müdafiə nazirinin şəxsi parlament katibi Brexit sazişinə etiraz əlaməti olaraq istefa verib

Bakı. 9 dekabr. REPORT.AZ/ Böyük Britaniya müdafiə nazirinin şəxsi parlament katibi Uill Kuins şənbə günü hökumət tərəfindən "Brexit" şərtləri üzrə razılaşdırılan sazişin məzmununa etiraz əlaməti olaraq istefa verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Sunday Telegraph" qəzetində dərc olunan müəllif məqaləsində qeyd olunur.

Onun sözlərinə görə, London "geri qayıdış"ın (back stop) şərtləri ilə əlaqədar Avropa İttifaqı ilə danışıqlarda uzun illər "ilişib qala" bilər.

"Mən seçicilərimə "Brexit"in nə üçün hələ də başa çatmadığını, niyə bizim 2020-ci ilin əvvəllərində və daha sonralar hələ də Aİ-nin qaydalarına tabe olacağımızı izah etmək istəmirəm", - deyə Esseks krallığının Kolçester seçki dairəsini İcmalar Palatasında təmsil edən Kuins bildirib.

"Ona dəyişikliklər edilməyincə, saziş mənim dəstəyimi almayacaq", - deyə aşağı palatanın deputatı əlavə edib.

Son xəbərlər

Orphus sistemi