Britaniya Maliyyə Nazirliyi vergi artımını və xərclərin azaldılmasını proqnozlaşdırır

Britaniya Maliyyə Nazirliyi vergi artımını və xərclərin azaldılmasını proqnozlaşdırır Nazir: "Həyat Aİ-də qalacağımız təqdirdə əldə edə biləcəyimiz yaşayış kimi rahat olmayacaq"
Digər ölkələr
28 İyun , 2016 12:24
Britaniya Maliyyə Nazirliyi vergi artımını və xərclərin azaldılmasını proqnozlaşdırır

Bakı. 28 iyun. REPORT.AZ/ Avropa İttifaqından mümkün çıxışla əlaqədar Böyük Britaniya büdcə xərclərini azaltmalı və vergi dərəcələrini artırmalı olacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Corc Osborn bildirib.

"Həyat Aİ-də qalacağımız təqdirdə əldə edə biləcəyimiz yaşayış kimi rahat olmayacaq", - deyə nazir vurğulayıb.

Britaniya maliyyə naziri bildirib ki, "Brexit"lə bağlı xəbərlərlə əlaqədar olaraq təkcə bazarlar silkələnməyəcək, ümumilikdə ölkə iqtisadiyyatı uzun keçid dövrünə qədəm qoyub.

Xatırladaq ki, ötən həftə Böyük Britaniya sakinləri referendumda Avropa İttifaqından ayrılmağa səs verib. Aİ-dən çıxış prosesi bir neçə il davam edə biləcəyi tıəqdirdə artıq Britaniyanın pul vahidi funt sterlinqin kursu son ilin minimumuna düşüb.

Son xəbərlər

Orphus sistemi