Britaniya Estoniyaya 800 hərbçi və texnika yerləşdirəcək

Britaniya Estoniyaya 800 hərbçi və texnika yerləşdirəcək Bu batalyon müdafiə xarakterli olacaq
Digər ölkələr
26 Oktyabr , 2016 07:20
Britaniya Estoniyaya 800 hərbçi və texnika yerləşdirəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Böyük Britaniya 2017-ci ilin yazınadək NATO-nun alyansın şərq sərhədlərində hərbi iştirakın gücləndirilməsini nəzərdə tutan yeni strategiyası çərçivəsində Estoniyaya 800 hərbçi, həmçinin tank və pilotsuz uçan aparatlar daxil olmaqla hərbi texnika yerləşdirəcək.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib.

"Bu batalyon müdafiə xarakteri daşıyacaq, lakin o, həmçinin hərbi vəzifələri yerinə yetirməyə də hazır olacaq", - deyə müdafiə naziri əlavə edib.

Fellonun sözlərinə görə, Estoniyada Fransa və Danimarka hərbi bölmələri də onlara qoşulacaq. Ora, eləcə də, taktiki dronlar, "Challenger 2" tankları və "Warrior" hərbi piyada maşınları yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi