Yuxarı

Britaniya baş nazirinin Çinə rəsmi səfəri başlayıb

Britaniya baş nazirinin Çinə rəsmi səfəri başlayıb
© Foto: Rutwi.ru

Bakı. 31 yanvar. REPORT.AZ/ Britaniyanın baş naziri Tereza Mey Çinə rəsmi səfər edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, baş nazir Mərkəzi Çinin Hubey vilayətinin Uxan şəhərinə gəlib. Britaniya hökumətinin rəhbəri Çinə 3 günlük səfəri çərçivəsində bu ölkə rəhbərliyinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ikitərəfli ticarətin fəallaşdırılması və optimallaşdırılması məsələləri ilə bağlı danışıqlar aparmaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi