Britaniya Avropa İttifaqı ilə yekun saziş imzalamadan "Brexit" üzrə hazırlıqlara başlayıb

Britaniya Avropa İttifaqı ilə yekun saziş imzalamadan "Brexit" üzrə hazırlıqlara başlayıb Bakı. 17 dekabr. REPORT.AZ/ Böyük Britaniya hökuməti Avropa İttifaqı ilə yekun saziş imzalanmamış üzvlükdən çıxmaq üçün hazırlıqları sürətləndirsə də, bunun baş verəcəyinə ehtimal azdır.
Digər ölkələr
17 Dekabr , 2018 20:23
Britaniya Avropa İttifaqı ilə yekun saziş imzalamadan Brexit üzrə hazırlıqlara başlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Böyük Britaniya hökuməti Avropa İttifaqı ilə yekun saziş imzalanmamış üzvlükdən çıxmaq üçün hazırlıqları sürətləndirsə də, bunun baş verəcəyinə ehtimal azdır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş nazirin Administrasiyasından məlumat verilib.

Parlamentdə ilkin olaraq "Brexit" səsverməsi dekabrın 11-nə təyin edilsə də, üç gün davam edən müzakirələrdən sonra Baş nazir Tereza Mey sazişin mövcud variantının qəbul edilməsi ehtimalının az olduğunu etiraf edərək səsverməni başqa vaxta təxirə salmışdı. Baş nazir dəftərxanasından səsvermənin 21 yanvar tarixinədək keçiriləcəyi bildirilmişdi.

Bununla yanaşı, dəftərxana nümayəndəsi saziş imzalanmadan üzvlükdən çıxmaq üçün hökumətin bu yaxınlarda 2 milyard funt əlavə vəsait ayıracağını bildirib.

Son xəbərlər

Orphus sistemi