Britaniya, ABŞ və Fransa BMT-nin anti-nüvə konvensiyasına qoşulmaqdan imtina edib

Britaniya, ABŞ və Fransa BMT-nin anti-nüvə konvensiyasına qoşulmaqdan imtina edib Bu barədə üç ölkənin cümə günü yaydığı birgə bəyanatda deyilir
Digər ölkələr
8 İyul , 2017 07:47
Britaniya, ABŞ və Fransa BMT-nin anti-nüvə konvensiyasına qoşulmaqdan imtina edib

Bakı. 8 iyul. REPORT.AZ/ Böyük Britaniya, ABŞ və Fransa heç vaxt BMT-nin mənzil-qərargahında keçirilən beynəlxalq konfransda nüvə silahlarının tamamilə qadağan edilməsi barədə qəbul olunmuş konvensiyanın iştirakçıları olmayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə üç ölkənin cümə günü BMT-nin baş qərargahında yaydığı birgə bəyanatda deyilir.

"Fransa, Birləşmiş Krallıq və Birləşmiş Ştatlar nüvə silahının qadağan edilməsi haqqında konvensiya üzrə danışıqlarda iştirak etməyib. Biz onu imzalamaq, təsdiq etmək və ya nə vaxtsa onun iştirakçısı olmağa hazırlaşmırıq", - deyə rəsmi məlumatda vurğulanır.

Üç ölkə baxımından, müqavilə "70 il ərzində Avropa və Şimali Asiyada təhlükəsizliyi təmin edən nüvənin qarşısının alınması siyasəti" ilə bir araya sığmır.

Eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Vaşinqton, London və Paris nüvə silahının yayılmaması haqqında Müqavilə, həmçinin, nüvə silahsızlaşdırılması istiqamətində işə sadiqlik nümayiş etdiriblər.

Son xəbərlər

Orphus sistemi