Yuxarı

​Britaniya 7 mindən çox vətəndaşını Misirdən çıxarıb

​Britaniya 7 mindən çox vətəndaşını Misirdən çıxarıb
Noyabrın 9-da Şarm-əş-Şeyx hava limanlarından 2,3 min britaniyalının olduğu 11 təyyarə uçub

Bakı. 10 noyabr. REPORT.AZ/ Böyük Britaniya 7 min 473 vətəndaşını Misirin Şarm-əş-Şeyx kurortundan çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti "Twitter"də məlumat yayıb.

Diplomatlar noyabrın 9-da Şarm-əş-Şeyx hava limanlarından göyərtəsində 2,3 min britaniyalının olduğu 11 təyyarənin uçduğunu əlavə edirlər.

Qeyd olunur ki, çevik xidmətlər və səfirliyin təxminən 70 əməkdaşı hava limanlarında turistlərə köməklik göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi