Yuxarı

“Brexit” Avropa İttifaqının büdcəsində kəsr yaradıb

“Brexit” Avropa İttifaqının büdcəsində kəsr yaradıb
Bu ildə Avropa İttifaqının büdcəsi 157,9 milyard avro təşkil edib

Bakı. 29 iyun. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından çıxması (“Brexit”) qurumun büdcəsində 20 milyard avroluq kəsr yarada bilər.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Avropa məsələləri üzrə komissarı Günter Ottinger bildirib.

“Böyük Britaniya artıq bizimlə deyil. Bununla belə Marqarti Tetçlerin endirimlərinə baxmayaraq, o, təmiz vergi ödəyicisi idi. Ona görə də hər il büdcəmizdə 10-25 milyard avroluq boşluq yaranacaq”, - komissar vurğulayıb.

Bu ildə Avropa İttifaqının büdcəsi 157,9 milyard avro təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi