Braziliyanın 21 regionunda Dilma Russeff tərəfdarları və əleyhdarlarının nümayişi keçirilib

Braziliyanın 21 regionunda Dilma Russeff tərəfdarları və əleyhdarlarının nümayişi keçirilib Ən böyük mitinqlər San Paulu və Rio-de-Janeyroda keçirilib
Digər ölkələr
1 Avqust , 2016 10:07
Braziliyanın 21 regionunda Dilma Russeff tərəfdarları və əleyhdarlarının nümayişi keçirilib

Bakı. 1 avqust. REPORT.AZ/ Braziliyanın vəzifəsindən müvəqqəti kənarlaşdırılmış prezidenti Dilma Russeffin tərəfdarları və əleyhdarları tərəfindən təşkil edilmiş nümayişlər ölkənin 21 regionunda keçirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, ən böyük mitinqlər San Paulu və Rio-de-Janeyroda keçirilib.

Nümayişlərin çoxu dinc şəraitdə keçirilib. Yeganə insident ölkənin cənubundakı Kuritiba şəhərində qeydə alınıb. Belə ki, D.Russeffin əleyhdarından bir neçəsi vəzifəsindən müvəqqəti kənarlaşdırılmış prezidentin qatı tərəfdarı olan məşhur braziliyalı aktrisa Letisiya Sabatellanı mühasirəyə alaraq, onun ünvanına təhqirlər səsləndiriblər və nəticədə polis vəziyyətə müdaxilə etməli olub.

Braziliya Federal Ali Məhkəməsinin sədri Rikardo Levandovskinin sözlərinə görə, D.Russefin impiçmentinin final mərhələsi avqustun 29-da başlayacaq. Məsələnin baxılması isə təxminən bir həftə çəkəcək.

Son xəbərlər

Orphus sistemi