Braziliyada vertolyot qəzası nəticəsində teleaparıcı ölüb

Braziliyada vertolyot qəzası nəticəsində teleaparıcı ölüb Bakı. 11 fevral. REPORT.AZ/ Braziliyanın San-Paulu şəhərində vertolyotun qəzaya uğraması nəticəsində televiziya və radio apacısı Rikardu Boeşat həlak olub.
Digər ölkələr
11 Fevral , 2019 22:50
Braziliyada vertolyot qəzası nəticəsində teleaparıcı ölüb

Bakı. 11 fevral. REPORT.AZ/ Braziliyanın San-Paulu şəhərində vertolyotun qəzaya uğraması nəticəsində televiziya və radio apacısı Rikardu Boeşat həlak olub.

"Report" "Globo" telekanalına istinadən xəbər verir ki, pilot və jurnalistin göyərtəsində olduğu hava gəmisi şəhər avtomagistrallarından birinə düşüb.

Vertolyot yol ilə hərəkətdə olan yük maşınının kabinasına dəyərək yerə düşüb və yanmağa başlayıb. Avtomobilin sürücüsü yaralansa da, sağ qalıb.

Daha əvvəl İstanbul şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

Son xəbərlər

Orphus sistemi