Yuxarı

Braziliyada vertolyot okeana düşüb, ölən və yaralananlar var

Braziliyada vertolyot okeana düşüb, ölən və yaralananlar var
Vertolyot qəzadan əvvəl çox aşağı ilə uçub və ardınca güclü silkələnməyə başlayıb

Bakı. 10 may. REPORT.AZ/ Çərşənbə günü Braziliyanın Rio-de-Janeyro şəhərində vertolyotun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha -ü yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə şəhərin qərb hissəsində yerləşən Barra-da-Tijuka çimərliyində baş verib. Vertolyot sahildən 200 metr aralıda okeana düşüb və xilasedicilər köməyə gəlincəyə qədər, cərəyan onu bir km məsafədə sahildən uzaqlaşdırıb.

Qəza nəticəsində 57 yaşlı pilot Murilo Sezar di Kastru Rebellu ölüb. İlkin məlumatlara görə, o, qəza zamanı onurğasını zədələyib və suda boğulub. Helikopterin göyərtəsində olan digər 3 nəfər yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır. Şahidlərin sözlərinə görə, vertolyot qəzadan əvvəl çox aşağı ilə uçub və ardınca güclü silkələnməyə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi