Bakı. 12 mart. REPORT.AZ/ Braziliyanın San-Paulu ştatında bütün həftəni aramsız davam edən leysan yağışları qurbanlarının sayı 18 nəfərə çatıb.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, faciələrin əksəriyyəti yoxsulların yaşadıqları rayonlarda baş verir. Burada evlər inşaat normalarına riayət edilmədən tikilir. Torpaq yuyulub aparıldığına görə bu cür tikililər asanlıqla dağılır və öz sakinlərini uçuqlar altında qoyur.
Milli Meteorologiya İnstitutunun məlumatına görə, San-Paulu ştatında yaxın 15 gün ərzində yağışlar davam edərək, sürüşmələrə səbəb olacaq.