Yuxarı

Braziliyada koronavirusa yoluxanların sayı 12 mini ötdü

​Braziliyada koronavirusa yoluxanların sayı 12 mini ötdü

Braziliyada koronavirusdan (COVID-19) ölənlərin sayı 553 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Son bir sutkada xəstəlikdən daha 67 nəfər dünyasını dəyişib.

Qeyd olunub ki, aprelin 6-də ölkədə koronavirusa 926 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 12 056 nəfərə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 300 000-i ötüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi