Braziliyada gecə klubuna silahlı hücum nəticəsində 5 nəfər öldürülüb

Braziliyada gecə klubuna silahlı hücum nəticəsində 5 nəfər öldürülüb Braziliyanın cənubundakı Mostardas şəhərində gecə klublarından birinə silahlı hücum edilib.
Digər ölkələr
11 Avqust , 2019 09:32
Braziliyada gecə klubuna silahlı hücum nəticəsində 5 nəfər öldürülüb

Braziliyanın cənubundakı Mostardas şəhərində gecə klublarından birinə silahlı hücum edilib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bir qrup silahlı şəxs gecə klubuna daxil olaraq orada olan işçilərə və müştərilərə atəş açıblar. Nəticədə 5 nəfər ölüb, dörd nəfər ağır yaralanıb.

Silahlı şəxslər üzlərini gizlədiblər və klubda olan şəxslərin qiymətli əşyalarını, telefonlarını və pulqablarını götürdülər. Hazırda polis onların yaxalanması üçün axtarış-əməliyyat tədbirləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi