Braziliyada COVID-19 xəstələrinin sayı 1 milyona çatır

Braziliyada COVID-19 xəstələrinin sayı 1 milyona çatır Braziliyada koronavirusa yoluxanların sayı 978 142 nəfərdir.
Digər ölkələr
19 İyun , 2020 03:14
Braziliyada COVID-19 xəstələrinin sayı 1 milyona çatır

Braziliyada koronavirusa yoluxanların sayı 978 142 nəfərdir.

“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, son bir gün ərzində təhlükəli infeksiyaya 22 765 yeni yoluxma aşkarlanıb.

Amerika qitəsinin bu ölkəsində pandemiya ərzində virusa yoluxmuş 482 102 insan sağalıb. Hazırda 448 292 pasiyent həkim nəzarəti altındadır.

Son məlumatlara görə, Braziliyada ümumilikdə 47 748 insan pandemiyanın qurbanı olub, ölüm faizi 4,9% təşkil edir.

Səhiyyə Nazirliyi bildirib ki, son sutkada COVID-19-dan daha 1 238 ölüm qeydə alınıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi