Yuxarı

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 176-ya çatıb

Bakı. 22 fevral. REPORT.AZ/ Yanvarın 25-də Braziliyanın cənub-şərqində bəndin dağılması nəticəsində ölənlərin sayı 176 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı faciənin baş verdiyi Minas-Jerays ştatının mülki müdafiəsinə istinadən UOL informasiya portalı məlumat yayıb.

Bildirilir ki, ölənlərin hamısının şəxsiyyəti artıq müəyyən edilib. Son məlumatlara görə, itkin düşənlərin sayı 134 nəfər təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi