Braziliyada atışmada ölənlərin sayı artıb

Braziliyada atışmada ölənlərin sayı artıb Braziliyanın Rio-de-Janeyro şəhərinin şimal hissəsində keçirilən əyləncə gecəsi zamanı baş verən silahlı insident zamanı həlak olanların sayı 5 nəfərə çatıb.
Digər ölkələr
29 İyun , 2020 05:50
Braziliyada atışmada ölənlərin sayı artıb

Braziliyanın Rio-de-Janeyro şəhərinin şimal hissəsində keçirilən əyləncə gecəsi zamanı baş verən silahlı insident zamanı həlak olanların sayı 5 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə G1 portalı bildirib.

"Əyləncə gecəsi… bazar günü (28 iyunda) səhər atəşlə bitib. Polisin məlumatına görə, azı beş nəfər həlak oldular, atəş 12 nəfərə açılıb", - KİV qeyd edib.

Məlumata görə, həlak olanlar arasında 10 yaşlı uşaq da var. Qeyd edilir ki, hadisə zamanı daha 11 nəfər yaralanıb.

Sosial şəbəkələrdə atəşin yaxınlıqdan keçən avtomobildən açılması barədə informasiya yayılıb.

Daha əvvəl bildirilirdi ki, hadisə zamanı 4 nəfər həlak olub. 

Son xəbərlər

Orphus sistemi