Bakı. 18 Aprel. REPORT.AZ/ Braziliya Konqresinin Aşağı palatasının 342 deputatı ölkə prezidenti Dilma Russefin impiçmentinə səs verib ki, bu da parlamentarilərin ümumi sayının 2/3 hissəsini təşkil edir.
“Report” xəbər verir ki, beləliklə, Aşağı palatanın deputatları Dilma Russefin Braziliya prezidenti vəzifəsindən uzaqlaşdırılması təşəbbüsünü qəbul ediblər.
Lakin yekun qərar Yuxarı palatanın senatorları tərəfindən qəbul ediləcək.