Braziliyada 45 milyona yaxın insan pensiya islahatlarına qarşı çıxıb

Braziliyada 45 milyona yaxın insan pensiya islahatlarına qarşı çıxıb Cümə günü Braziliyanın bir çox şəhərlərində futbol üzrə Amerika Kubokunun startı öncəsi pensiya islahatlarına qarşı kütləvi etiraz və tətillər keçirilməyə başlayıb.
Digər ölkələr
15 İyun , 2019 07:58
Braziliyada 45 milyona yaxın insan pensiya islahatlarına qarşı çıxıb

Cümə günü Braziliyanın bir çox şəhərlərində futbol üzrə Amerika Kubokunun startı öncəsi pensiya islahatlarına qarşı kütləvi etiraz və tətillər keçirilməyə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Todo Noticias" telekanalı məlumat yayıb.

Etirazlar ölkənin təqribən 300 şəhərini əhatə edib. Onlar cari ilin əvvəlində Jair Bolsonarunun idarəçiliyi başlandığı andan iri həmkarlar ittifaqlarını özündə birləşdirən ilk kütləvi aksiya olub.

Son xəbərlər

Orphus sistemi