Braziliya Venesuelanı terrorizmə dəstək verməkdə ittiham edib

Braziliya Venesuelanı terrorizmə dəstək verməkdə ittiham edib Braziliya Federativ Respublikasının xarici işlər naziri Ernestu Arauju Venesuela hökumətini beynəlxalq cinayətkarlığa və terrorizmə dəstək verməkdə ittiham edib.
Digər ölkələr
28 Mart , 2019 04:34
Braziliya Venesuelanı terrorizmə dəstək verməkdə ittiham edib

Braziliya Federativ Respublikasının xarici işlər naziri Ernestu Arauju Venesuela hökumətini beynəlxalq cinayətkarlığa və terrorizmə dəstək verməkdə ittiham edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazir ölkə parlamentində çıxışı zamanı deyib."Maduro rejimi hər cür cinayət və terror təşkilatı üçün sığınacaq halına gəlib. Sərhədlərimizdə təhlükəsizlik baxımından müsbət olmayan bir vəziyyət mövcuddur. "

Bununla belə nazir, ölkəsinin Venesuelada təhlükəsizlik və sülhün bərqarar olması üçün bütün siyasi və diplomatik səylərdən istifadə etdiyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi