Yuxarı

Braziliya prezidentinin oğlu ABŞ-da səfir vəzifəsindən imtina edib

​Braziliya prezidentinin oğlu ABŞ-da səfir vəzifəsindən imtina edib

Braziliya prezidenti Jair Bolsonarunun oğlu, deputat Eduard Bolsonaru namizədliyinin ABŞ-da səfir vəzifəsinə irəli sürülməsindən imtina edib.

"Report" TASS-a istinadən xəbər verir ki, gənc siyasətçi bununla bağlı açıqlamanı Nümayəndələr palatasının plenar iclasının gedişatında verib.

"Mən bunun üzərində uzun müddət düşünürdüm, biz çoxları ilə məsləhətləşirdik. Həmçinin seçiciləri də xatırlamaq lazımdır. Etiraf edirəm, onların bir çoxu bu ideyanı dəstəkləmədilər", - deyə parlament üzvü öz qərarını izah edib.

Eduard Bolsonaru qeyd edib ki, Braziliyada onu ən azı, amma ola bilər, daha əhəmiyyətli rol gözləyir.

Dövlət başçısının oğlu bazar ertəsi ölkə parlamentinin aşağı palatasında Sosial Liberal Partiyasının fraksiyasının başçısı kimi təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi