Braziliya prezidenti G20 sammitində iştirakını ləğv edib

Braziliya prezidenti G20 sammitində iştirakını ləğv edib Temer məlum qərarı iri miqyaslı korrupsiya qalmaqalı fonunda qəbul edib
Digər ölkələr
29 İyun , 2017 06:02
Braziliya prezidenti G20 sammitində iştirakını ləğv edib
Foto: Ok-inform.ru

Bakı. 29 iyun. REPORT.AZ/ Braziliya prezidenti Mişel Temer Almaniyaya səfərini və "Böyük iyirmilər"in sammitində iştirakını ləğv edib.

"Report"un məlumatına görə, bu barədə prezident administrasiyasından xəbər verilib.

Səfərin ləğv edilməsi ilə bağlı rəsmi səbəb göstərilməyib. Temer məlum qərarı iri miqyaslı korrupsiya qalmaqalı fonunda qəbul edib. Çərşənbə günü Konqresin Aşağı palatasına onun əleyhinə korrupsiya ittihamı göndərilib.

Bundan əvvəl isə baş prokuror Rodriqo Janot Temerin əleyhinə "passiv" korrupsiya ittihamları irəli sürüb. İttihamlar Ali Məhkəməyə göndərilib. Braziliya qanunvericiliyinə əsasən indi deputatlar palatası məhkəmənin dövlət başçısı ilə bağlı məhkəmənin keçirilməsinə icazə verilib-verilməməsinə səs verməlidir. 

Qeyd edək ki, G20 sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçirilməlidir.  

Son xəbərlər

Orphus sistemi