Braziliya polisi Olimpiya Oyunları zamanı terror hücumu planlaşdırmaqda şübhəli bilinən 12-ci şəxsi saxlayıb

Braziliya polisi Olimpiya Oyunları zamanı terror hücumu planlaşdırmaqda şübhəli bilinən 12-ci şəxsi saxlayıb Şübhəli şəxs antiterror əməliyyatı zamanı saxlanılıb
Digər ölkələr
25 İyul , 2016 10:47
Braziliya polisi Olimpiya Oyunları zamanı terror hücumu planlaşdırmaqda şübhəli bilinən 12-ci şəxsi saxlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ Braziliya polisi Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları zamanı terror hücumu planlaşdırılmaqda şübhəli bilinən 12-ci şəxsi saxladığını bəyan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxs antiterror əməliyyatı zamanı saxlanılıb.

Əməliyyat iyulun 22-dən etibarən ölkənin 9 ştatında həyata keçirilib.

Qeyd edək ki, daha əvvəl Braziliya prezidenti vəzifələrini müvəqqəti icra edən Mişel Temer terror hücumlarının planlaşdırılması informasiyası ilə əlaqədar Nazirlər Kabinetinin təcili iclasını keçirmişdi.

Son xəbərlər

Orphus sistemi