Yuxarı

Braziliya polisi dövlət bankını soymaq istəyən 16 nəfəri həbs edib

Onlar hazırlıq işlərlərinə 1 milyon dollardan çox pul xərcləyiblər

Bakı. 4 oktyabr. REPORT.AZ/ Braziliyada polis əməkdaşları ölkə tarixində ən böyük bank soyğunçuluğunu planlaşdıran 16 nəfəri həbs edib.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" yazır.

Qeyd olunur ki, soyğunçular San Pauludakı "Banco do Brasil"dən 318 milyon dollar çıxarmaq niyyətində olublar.

Onlar bunun üçün 600 metr uzunluğunda, xüsusi metal konstruksiyayla bərkidilmiş yeraltı tunel qazıblar. Cinayətkarlar habelə tunelin içinə yol, elektrik enerjisi çəkiblər.

Anbara çatmaq üçün cinayətkarlara bir neçə saat da qazmaq qalıb, amma polis cinayətkarları yaxalayıb. Yeri gəlmişkən, onlar hazırlıq işlərlərinə 1 milyon dollardan çox pul xərcləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi