Yuxarı

Braziliya karnavalında atışma, beş nəfər yaralandı

​Braziliya karnavalında atışma, beş nəfər yaralandı

136

Braziliyanın San-Paulu şəhərində bazar günü keçirilən karnavalların birində silahlı insident baş verib, azı 5 nəfər yaralanıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “G1” portalı yerli ictimai təhlükəsizlik idarəsinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, bir qrup şəxs qarət məqsədi ilə polisə hücum etməyə cəhd göstərib. Nəticədə baş verən atışmada beş nəfər yaralanıb. Onlar yerli xəstəxanalara aparılıb.

Hazırda yaralıların vəziyyəti sabitdir. Baş verənlərlə bağlı araşdırma aparılır.

Şahidlərin sözlərinə görə, silahlı insidentə səbəb cinayətkarın karnavalın mühafizəsini qoruyan polisin silahlarını ələ keçirmək istəməsi olub. Buna cavab olaraq polis cinayətkara atəş açıb. Nəticədə beş nəfər yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi