Bakı. 16 yanvar. REPORT.AZ/ Ötən il dekabrın 19-da Əfqanıstanın Kunduz əyalətində qaçırılan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı azad edilib.
"Report" xəbər verir ki, bununla bağlı BQXK açıqlama yayıb.
Məlumata görə, təşkilatın əməkdaşı Xuan Karlos BQXK-nın Kunduz ofisindən Mazari-Şərifdə yerləşən ofisə gedərkən qaçırılıb. O, üç həmkarı ilə birgə qaşırılmışdı.
BQXK-nın Əfqanıstandakı ofisi ölkə hakimiyyətinə və əməkdaşının azad edilməsində rol oyanyan hər kəsə təşəkkür edib.
Bununla yanaşı, təhlükəsizlik məsələsinə görə BQXK əməkdaşını qaçıranların kimliyini, bunun səbəbləri və azadetmənin detalları açıqlanmayıb.