BQXK Əfqanıstanda fəaliyyətini dayandırıb

BQXK Əfqanıstanda fəaliyyətini dayandırıb Hücum nəticəsində təşkilatın 6 əməkdaşı qətlə yetirilib, 2-si isə itkin düşüb
Digər ölkələr
9 Fevral , 2017 12:58
BQXK Əfqanıstanda fəaliyyətini dayandırıb

Bakı. 9 fevral. REPORT.AZ/ Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) müvəqqəti olaraq Əfqanıstanda fəaliyyətini dayandırıb.

“Report” Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, buna səbəb kimi ölkənin Cauzcan əyalətində cəmiyyətin əməkdaşlarının qətlə yetirilməsi göstərilib.

Qeyd edək ki, fevralın 8-də əyalətin Quştəpə qəzasında mal-qara üçün yem daşıyan BQXK-nın əməkdaşlarının avtomobil karvanına basqın olub. Hücum nəticəsində təşkilatın 6 əməkdaşı qətlə yetirilib, 2-si isə itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi