Böyük Britaniyanın xarici işlər nazirinin müavini istefa verib

Böyük Britaniyanın xarici işlər nazirinin müavini istefa verib Böyük Britaniyanın xarici işlər nazirinin müavini Alan Dunkan bu həftə baş nazirin dəyişdiriləcəyi ilə bağlı istefa verdiyini açıqlayıb.
Digər ölkələr
22 İyul , 2019 16:27
Böyük Britaniyanın xarici işlər nazirinin müavini istefa verib

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Alan Dunkan bu həftə baş nazirin dəyişdiriləcəyi ilə bağlı istefa verdiyini açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə “Twitter”də baş nazir Tereza Meyə ünvanladığı məktubu paylaşıb.

Qeyd edək ki, ötən gün ölkənin maliyyə naziri Filip Hammond da baş nazir kürsüsünə keçmiş xarici işlər naziri Boris Conson əyləşərsə, istefa verəcəyini, çünki bu ilin oktyabrın 31-də ölkənin ticarət sazişi imzalamadan da Avropa İttifaqı üzvlüyündə çıxa biləcəyilə bağlı onun mövqeyilə razılaşmadığını bildirmişdi.

İngilis versiyası British Deputy FM resigns

Son xəbərlər

Orphus sistemi