Böyük Britaniyanın baş naziri istefaya getməyi planlaşdırmır

Böyük Britaniyanın baş naziri istefaya getməyi planlaşdırmır Tereza Mey bu gün seçkilərin yekunlarına dair bəyanatla çıxış edəcək
Digər ölkələr
9 İyun , 2017 11:37
Böyük Britaniyanın baş naziri istefaya getməyi planlaşdırmır

Bakı. 9 iyun. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey seçkilərin nəticələrinin mühafizəkarlar üçün heç də ürəkaçan olmamasına baxmayaraq, istefaya getməyi planlaşdırmır.

"Report" xəbər verir ki, bu barədə mənbələrinə istinadən BBC məlumat yayıb.

Bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtıyla saat 13.00) T.Mey rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası üçün heç də uğurlu olmayan seçkilərin nəticələrinə dair bəyanatla çıxış edəcək.

Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, Mühafizəkarlar Partiyası 314, Leyborustlər 261, Şotlandiya Milli Partiyası 35, Liberal-Demokrat Partiyası 12, Demokratik Birlik Partiyası 10 mandat qazanıb. Ən sağçı partiya olan Azadlıq Partiyası isə bir mandat belə qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi