Yuxarı

Böyük Britaniyada terror aktından sonra təhlükə səviyyəsi kritik həddə qaldırılıb

Böyük Britaniyada terror aktından sonra təhlükə səviyyəsi kritik həddə qaldırılıb
Bu təhlükə səviyyəsi ən yüksəkdir və yaxın vaxtlarda yeni hücumların gözlənildiyini göstərir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Böyük Britaniyada London metrosunda partlayışdan sonra terror təhlükəsi səviyyəsi "ciddi"dən "kritik həddə" qədər qaldırılıb. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

Bildirilir ki, bu təhlükə səviyyəsi ən yüksəkdir və yaxın vaxtlarda yeni hücumların gözlənildiyini göstərir.

Terror təhlükəsinin səviyyəsi polis, kəşfiyyat xidməti və digər güc strukturlarından olan ekspertlərin daxil olduğu Birləşmiş terrorizmin təhlili Mərkəzi tərəfindən təyin olunur.

Dünən səhər Londonun qərbindəki "Parsons Green" stansiyasında əldəqayırma partlayıcı qurğu işə düşüb. Hakimiyyət baş verənləri terror aktı adlandırıb.

Partlayış daha güclü ola bilərdi, lakin qurğu tam gücü ilə işə düşməyib. Son məlumatlara görə, 29 nəfər xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi