Bakı. 19 iyul. REPORT.AZ/ Böyük Britaniyanın Linkolnşir qraflığında naməlum şəxs hovuz ətrafında atəş açıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində atəş açdığı ehtimal edilən şəxs də daxil olmaqla, 3 nəfər həlak olub.
Eyni zamanda, polisin atəş açmadığı bildirilib. Odur ki, atəş açan şəxsin 2 nəfəri öldürdükdən sonra intihar etdiyi güman olunur.
Hadisənin digər detalları barədə hələlik məlumat verilmir.