Bakı. 28 Fevral. REPORT.AZ/ Böyük Britaniyanın Nyukasl şəhərində islam əleyhinə etiraz yürüşü keçirilib.
"Report"un BBC-yə istinadla verdiyi xəbərə görə, Radikallığı ilə seçilən “Pegida hərəkatının çağırışı ilə baş tutan aksiyada cəmi 400 nəfər iştirak edib.
Nümayiş iştirakçıları ksenofob və irqçi şüarlar səsləndiriblər.
Qeyd edək ki, bu Almaniyada fəaliyyətdə olan “Pegida” hərəkatının Böyük Britaniyada keçirdiyi ilk etiraz aksiyasıdır.