Böyük Britaniyada 5 maqnitudaya yaxın zəlzələ baş verib

Böyük Britaniyada 5 maqnitudaya yaxın zəlzələ baş verib Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
17 Fevral , 2018 19:33
Böyük Britaniyada 5 maqnitudaya yaxın zəlzələ baş verib

Bakı. 17 fevral. REPORT.AZ/ Şənbə günü Böyük Britaniyada 4,7 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 18:31-də, Uelsin paytaxtı Kardiffdən 49 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi