Böyük Britaniya müharibə şəhidlərini anır

Böyük Britaniya müharibə şəhidlərini anır Bakı vaxtilə saat 3-də iki dəqiqəlik sükut elan ediləcək
Digər ölkələr
8 Noyabr , 2015 14:01
Böyük Britaniya müharibə şəhidlərini anır

Bakı. 8 noyabr. REPORT.AZ/ Kraliça II Yelizaveta bazar günü Böyük Britaniyanın müharibə şəhidləri xatirinə keçirilən Rememberance Sunday (Anma Günü) mərasiminə başçılıq edəcək.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Londonun mərkəzindəki Whitehall küçəsində keçiriləcək mərasimə monarxla yanaşı, Edinburq Düşesi və siyasi partiya nümayəndələri də qoşulacaq.

Çələnglər qoyulduqdan və veteranlar marşından sonra, Bakı vaxtilə saat 3-də iki dəqiqəlik sükut elan ediləcək.

Hazırda Böyük Britaniyanın hər yerində I və II Dünya Müharibəsi, eləcə də digər münaqişələr zamanı həyatını itirmiş şəxslər yad edilir.

Bu il müharibələrdə həyatını itirmişlərin xatirinə qoyulmuş Cenotaph adlanan abidə qarşısında mərasim veterenları çox ayaq üstə saxlamamaq məqsədilə əvvəlki illərə nisbətən daha qısa olacaq.

İndiki mərasim zamanı da London Qalasında əkilmiş keramik lalə güllərinin göstərişi olacaq.

Son xəbərlər

Orphus sistemi