Yuxarı

Böyük Britaniya kraliçası "Brexit" haqqında qanunu təsdiqləyib

Böyük Britaniya kraliçası "Brexit" haqqında qanunu təsdiqləyib

Bakı. 26 iyun. REPORT.AZ/ Böyük Britaniya kraliçası II Elizabet "Brexit" haqqında qanun layihəsini qəbul edərək ona qanun statusu verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yeni qanun 2019-cu il martın 29-da Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra tətbiq olunacaq.

"İcmalar Palatasını məlumatlandırmaq istərdim ki, Ülyahəzrət Böyük Britaniyanın Aİ-dən çıxması haqqında qanunu təsdiqləyib", - Britaniya parlamentinin Aşağı Palatasının sədri Con Berkou çərşənbə axşamı bildirib.

Britaniya parlamentinin Lordlar Palatası Birləşmiş Krallığın Aİ-dən çıxması ilə bağlı qanun layihəsinin hökumət versiyasını iyunun 20-də sadə səs çoxluğu ilə təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi