Yuxarı

Böyük Britaniya Culian Assanja diplomatik status verməkdən imtina edib

© Peter Nicholls/ Reuters

Bakı. 11 yanvar. REPORT.AZ/ Böyük Britaniya Xarici İşlər Nazirliyi Ekvador hökumətinin "WikiLeaks"in yaradıcısı Culian Assanja diplomatik status verilməsi ilə bağlı tələbini rədd edib.

Bu barədə "Report" "Guardian"a istinadən xəbər verir.

Bu qərar "WikiLeaks"in yaradıcısı, 5 ildən çoxdur Londondakı Ekvador səfirliyində yaşayan Assanjın bu yaxınlarda Ekvador vətəndaşı olması ilə bağlı xəbərlərin yayılması fonunda qəbul edilib.

Diplomatik status əldə edəcəyi təqdirdə Assanj müəyyən toxunulmazlıq qazana və həm Ekvador səfirliyini, həm də Böyük Briyaniyanı həbs olunmadan tərk edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi