Böyük Britaniya baş nazirinin məşhurluq reytinqi ən aşağı səviyyəyə düşüb

Böyük Britaniya baş nazirinin məşhurluq reytinqi ən aşağı səviyyəyə düşüb Britaniyalıların 30% Tereza Meyin fəaliyyətini dəstəkləyir, 51% isə əks mövqedədir
Digər ölkələr
17 İyul , 2017 17:30
Böyük Britaniya baş nazirinin məşhurluq reytinqi ən aşağı səviyyəyə düşüb
Globallookpress

Bakı. 17 iyul. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Meyin məşhurluq reytinqi ən aşağı səviyyəyə düşüb.

Bu barədə "Report" Böyük Britaniyanın "Independent" nəşrinə istinadən xəbər verir.

"Opinium"un apardığı araşdırmanın nəticəsinə əsasən, leyboristlərin lideri Ceremi Korbinin populyarlığının artması fonunda Tereza Meyin reytinqi aşağı düşməyə başlayıb.

Britaniyalıların 30% Tereza Meyin fəaliyyətini dəstəkləyir, 51% isə əks mövqedədir.

Ceremi Korbinin göstəriciləri isə, müvafiq olaraq, 41% və 37%-dir.

Qeyd edilir ki, leyboristlər 18-54 yaş arasında olan əhali tərəfindən dəstəkləndiyi halda, mühafizəkarların tərəfdarları 55 və daha yaşlı insanlardır.

Sorğunun nəticələrinə əsasən, əhalinin 36% əvvəlki kimi Tereza Meyin baş nazir vəzifəsinə uyğun olması fikrindədir.

Yalnız 33% Korbinin bu vəzifədə olmasını münasib hesab edir. 

Son xəbərlər

Orphus sistemi