“Böyük 7”lərin XİN başçılarının görüş tarixi açıqlanıb

“Böyük 7”lərin XİN başçılarının görüş tarixi açıqlanıb Nazir bildirib ki, bu il mayın sonunda keçiriləcək “G7”nin zirvə toplantısına isə ABŞ Prezidenti Donald Tramp ilk dəfə qatılacaq
Digər ölkələr
27 Mart , 2017 14:30
“Böyük 7”lərin XİN başçılarının görüş tarixi açıqlanıb
Courtesy İmage

Bakı. 27 mart. REPORT.AZ/ “Böyük 7”liyin (“G7”) xarici işlər nazirləri aprelin 10-11-də İtaliyanın Lukka şəhərində görüşəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Ancelino Alfano bildirib.

Onun sözlərinə görə, “Yeddliyin” təmsilçiləri əsasən, terrorçuluğa qarşı mübarizəni, beynəlxalq böhranlarla bağlı daha ciddi məsələlərin həllini, miqrasiya problemini, eləcə də 2030-cu ilədək davamlı inkişafın reallaşdırlması və iqlim dəyişikliyi üzrə Paris razılaşmasını müzakirə edəcəklər.

Nazir bildirib ki, bu il mayın sonunda Siciliya adasında, Taormina şəhərində keçiriləcək “G7”nin zirvə toplantısına isə ABŞ Prezidenti Donald Tramp ilk dəfə qatılacaq: “Biz avropalılar üçün transatlantik əlaqələr həmişə dəyişməz olaraq qalacaq. Bütövükdə fikirimcə, Prezident Donald Trampa münasibətdə etimadsızılıq və sərt davarnış həddən artıq oldu”. 

Son xəbərlər

Orphus sistemi