Yuxarı

Boris Conson ilin sonuna qədər növbədənkənar parlament seçkiləri təklif edə bilər

Boris Conson növbədənkənar parlament seçkiləri təklif edə bilər

Böyük Britaniyanın baş naziri Boris Conson parlamentin yenidən "Brexit"in təxirə salınmasını istəyəcəyi təqdirdə, ilin sonuna qədər növbədənkənar seçkilərin keçirilməsini təklif edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BBC baş nazirin ofisindəki mənbəyə istinadən məlumat yayıb.

Hazırda B.Conson "Brexit" üzrə qanun layihəsinin bu gün parlamentdə səsverməyə çıxarılacağına və ölkənin oktyabrın 31-də Avropa İttifaqından (Aİ) çıxa biləcəyinə ümid edir.

Qeyd edək ki, bir neçə həftə davam edən intensiv və çətin danışıqlardan sonra Aİ və Böyük Britaniya oktyabrın 17-də "Brexit" şərtlərinə dair yenilənmiş saziş barədə razılığa gəlib, ardından Aİ-də qalan 27 ölkənin başçısı sammitdə onu təsdiq edib və indi sazişi Britaniya parlamenti təsdiqləməlidir.

Lakin Britaniyada oktybarın 19-da keçirilmiş səsvermə bir nəticə verməyib.

Sazişin əvvəlki variantı Britaniya deputatları tərəfindən üç dəfə rədd edilib, bununla əlaqədar ölkənin İttifaqdan çıxması üçün son tarix bu il martın 29-dan oktyabrın 31-dək təxirə salınıb. İndi Britaniya yeni - yanvarın sonuna qədər ertələnmə istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi